RU

Zelenski Polşada həbs olunan dünya çempionunu azadlığa buraxdırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Boks üzrə superağır çəkidə dünya çempionu olan Aleksandr Usik Krakov hava limanında həbs edilib.
Oxu.Az Marca.com-a istinadən xəbər verir ki, Ali Radanın Gənclər və İdman Komitəsi sədrinin birinci müavini Jan Belenyuk sentyabrın 17-də Aleksandr Usikin Krakov hava limanında həbs olunması ilə bağlı məlumat verib və müvafiq videonu yayımlayıb.
Məsələ ilə bağlı məlumat yayan Polşa rəsmiləri isə Usikin təyyarəyə minməkdən imtina etdiyi və polisə müqavimət göstərdiyi üçün həbs olunduğunu bildiriblər.
Məsələdən daha sonra xəbərdar olan Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabından məyusluğunu bildirib.
"Vətəndaşımıza və çempionumuza qarşı bu münasibət məni məyus etdi. Ukraynanın xarici işlər naziri Andrey Sibiqa və Ukraynanın daxili işlər naziri İqor Klimenkoya Krakov hava limanında baş vermiş insidentin bütün təfərrüatını dərhal araşdırmağı tapşırmışam", - deyə Zelenski qeyd edib.
Zelenski ukraynalı boksçunun dərhal azadlığa buraxılmasını tələb edib. Bundan sonra Usik azadlığa buraxılıb.
O, həbsdən azad olunandan sonra Volodimir Zelenskiyə təşşəkkür edib.
"Hər şey tez həll olundu. Diqqətiniz üçün təşəkkür edirəm. Dəstək verdiyi üçün ukraynalı diplomatlara təşəkkür edirəm", - deyə Usik bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
15
47
oxu.az

10Источники