RU

“Kapital Bank”ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verildi

Ölkənin ən böyük işəgötürən maliyyə qurumlarından biri olan Kapital Bank-ın Quba-Xaçmaz bölgəsi üzrə Əlaqə mərkəzi istifadəyə verilib. Quba və Xaçmaz şəhərlərində fəaliyyət göstərən mərkəz müştəri müraciətlərinin daha tez və effektiv araşdırılmasına və cavablandırılmasına xidmət edəcək.

Belə ki, Kapital Bank-ın Quba və Xaçmaz filiallarının dəstəyi ilə Dövlət Məşğulluq Agentliyi, ADPU-nun Quba filialı ilə qurulan əməkdaşlıq, eləcə də “Karyera Marafonu 2022” layihəsindən 1400-ə yaxın namizədin CV-ləri araşdırılıb. Dəyərləndirmə nəticəsində 700 nəfər namizədlə onlayn müsahibə keçirilib. Bu mərhələni uğurla keçən 74 nəfər imtahana cəlb olunub. Nəticələri ilə fərqlənən 26 namizəd təcrübə proqramında iştirak etmək şansı qazanıb.

Mərkəzin yaradılmasında məqsəd müştəri müraciətlərinin effektiv araşdırılması ilə yanaşı Quba-Xaçmaz regionunda yaşayan gənclər üçün yeni iş imkanları yaratmaqdır. Daha öncə Gəncə şəhərində icra edilən layihə qısa müddətdə uğurlu nəticələr göstərib. Bu səbəbdən də layihənin davamlı olması planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
4
32
publika.az

10Источники