İspaniyalı mütəxəssis Quique Setyen "Barselona"nın ona olan borcunu ödəmədiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "El Larguero" Setyenin dediklərini belə çatdırıb:
“Ayın sonunda başa çatan bir müddət var. Problemi həll etmək üçün onlara müəyyən vaxt verdim. Laporta klub prezidenti vəzifəsinə gələndə biz bu vəziyyəti müzakirə etdik. Həqiqət budur ki, məhkəməyə cəmi beş gün qalmış mənimlə əlaqə saxladılar. Sonra təxirə salmağa razılaşdım. Məndən borclarını silməyimi istədilər, amma təbii ki, mən bununla razılaşmadım”
Xatırladaq ki, Setyen Kataloniya klubuna 2020-ci ilin yanvar-avqust aylarında rəhbərlik edib.