RU

Rusiyada yaşayan məşhur azərbaycanlı hüquqşünas həbs edildi

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada həbs edilib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu gün Moskva Hərbi qarnizon məhkəməsində Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb.

Məhkəmə Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib.

Qeyd edək ki, E. Paşayev xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloger Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyi bildirilib.

Избранный
7
6
heftelik.az

10Источники