RU

Krasnoyarsk bazarlarında 400-dən artıq mühacir saxlanılıb

Yayımlandı: 18 Sentyabr 2024 18:35 Onlardan yüzünə hərbi komissarlığa çağırış vərəqəsi verilib Rusiyanın Krasnoyarsk şəhərində güc strukturları bazarlarda irimiqyaslı reyd keçirib və 520-dən artıq adam saxlayıb. Bu barədə İstintaq Komitəsinin saytında xəbər verilib. Komitənin məlumatına görə, saxlanılanların 417 nəfəri xaricidir. Onların cinayətlərdə iştirakını yoxlamaq üçün hər birinin yanağının daxili hissəsinin epitelindən yaxma götürülüb. “Krasnoyarsk şəhəri ərazisində miqrasiya qanunvericiliyini pozaraq yaşayan Özbəkistan, Azərbaycan, Tacikistan və Qırğızıstan respublikalarının vətəndaşları aşkar olunub”, – komitənin məlumatında deyilir. Orada həmçinin qeyd olunub ki, saxlanılanlardan 92-si RF vətəndaşlığı olub, hərçənd onlar da “vaxtında” hərbi qeydiyyatdan keçməyiblər. İndi də onların əlinə hərbi komissarlığa çağırış vərəqəsi veriblər. Aşkar edilmiş qanun pozuntuları əsasında mühacirlərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə artıq başlanılıb. Eyni zamanda, ən azı, yeddi mühacirin Rusiyadan deportasiyası tövsiyə olunacaq. Reyd şəhərin iki rayonunda – “Sovetskaya”da və “Mərkəzi”də keçirilib. İstintaqın versiyasına görə, “cinayətkar qrup Krasnoyarsk diyarının Berezovski rayonundakı istixana kompleksinin ərazisində Özbəkistan vətəndaşlarının qanunsuz qalmasını və əmək fəaliyyətini təşkil edib”. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin mühacirlərə qarşı bir sıra qanun layihələri imzalayıb. Belə ki, indi polis məhkəmə qərarı olmadan mühacirləri ölkədən çıxara biləcək. İmzalanan sənəddə “deportasiya rejimi” qeyd olunur. Keçmiş mühacirlərin hərbi qeydiyyatdan keçmədikləri təqdirdə Rusiya vətəndaşlığını itirə biləcəyi barədə qanun da imzalanıb. Meydan TV

Избранный
43
xural.com

1Источники