RU

"Rusiya ilə hərbi-texniki əməkdaşlıq 10%-ə düşüb" - Qriqoryan

Rusiya ilə hərbi-texniki əməkdaşlıq 96%-dən çox idisə, indi 10%-ə düşüb. Biz çalışırıq ki, hərbi-texniki məhsulların 25-30%-i Ermənistanda işlənib hazırlansın.

Titul az xəbər verir ki, bu fikirləri Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Hazırda Ermənistanın hərbi-texniki əməkdaşlıq sahəsində bir neçə mühüm tərəfdaşı var, xüsusən də Hindistan və Fransanı qeyd etmək olar. Biz yeni tərəfdaşlar axtarırıq ki, bu istiqamətdə aparılan işlər daha səmərəli olsun”, - Qriqoryan bildirib.

Избранный
24
3
titul.az

4Источники