RU

İran prezidentinin kürəkəni vəzifəyə təyin edildi

İran Prezidenti Məsud Pezeşkianın kürəkəni Həsən Məcidi bu gün Prezident Administrasiyasının rəhbərinin icraçı köməkçisi vəzifəsinə təyinat alıb.

Paralel.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Qeyd edək ki, Həsən Məcidi İran prezidentinin qızı Zəhra Pezeşkianın həyat yoldaşıdır. O, baş maliyyə ekspertidir və bundan öncə özəl şirkətdə işləyib.

Xatırladaq ki, bir neçə gün öncə Məsud Pezeşkian qızı və kürəkənini özü ilə İraqa səfərə aparmasına görə tənqid edilmişdi.

Избранный
105
4
paralel.az

6Источники