Livanın Baş naziri Nəcib Mikati hökumətə ölkənin İsraillə müharibəyə hazır olması ilə bağlı xüsusi tapşırıq verib.

Leqal.info “DPA” agentliyinə istinadən xəbər verir ki, bu barədə Böhran Vəziyyətinin və Müharibənin Fəsadlarının Qarşısının Alınması üzrə Komitənin iclasından sonra ölkənin ətraf mühit naziri Nasir Yasin bildirib.

O deyib ki, hazırda ölkədə üç aylıq ərzaq ehtiyatı var, üstəlik Livana 40 min tondan çox dənli bitliklər və un gətirməli olan gəmi yaxın günlərdə təyinat nöqtəsinə çatacaq.

N.Yasinin sözlərinə əsasən, ehtiyac yarandıqda humanitar yardım qismində ölkəyə gətirilən 50 min ədəd ərzaq bağlaması əhaliyə paylanacaq. Ətraf mühit naziri, həmçinin qeyd edib ki, toplantıda logistik məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Leqal.info