RU

İsrail qüvvələrində yerdəyişmə

İsrail əsgərlərini Livan cəbhəsinə köçürdüyünü və müharibənin yeni mərhələsinin başladığını elan edib. İsrailin müdafiə naziri Yoav Qallant bildirib ki, 24 saat ərzində Livanda elektron cihazlarda baş verən ikinci partlayışdan sonra ölkəsinin diqqəti Livan cəbhəsinə yönəlib və müharibədə yeni mərhələ başlayıb.

Qallant İsrailin şimalındakı Hayfa şəhəri yaxınlığındakı hava bazasına səfəri zamanı çıxış edib: “Ağırlıq mərkəzi şimala doğru dəyişir. Biz qüvvələrimizi, resurslarımızı və enerjimizi şimala doğru hərəkət etdiririk”.

“Düşünürəm ki, biz müharibədə yeni mərhələnin başlanğıcındayıq. Biz uyğunlaşmalıyıq. Zamanla ardıcıllıq nümayiş etdirməliyik. Bu müharibə böyük cəsarət, qətiyyət və əzmkarlıq tələb edir”, – Qallant deyib.

İsrailin şimaldakı hücumunun məqsədinin təxliyə edilən İsrail vətəndaşlarının sağ-salamat evlərinə qayıtması olduğunu bildirən Qalant, Qəzza zolağındakı israilli məhbusları da unutmadıqları fikrini dilə gətirib.

Son 24 saat ərzində Livanda əvvəlcə peycerlərdə, bu gün isə ratsiyalarda partlayışlar baş verib. Livan rəsmiləri partlayışlara görə İsraili məsuliyyət daşısa da, Tel-Əviv administrasiyası bu mövzuda səssiz qalır.

Избранный
37
vaxt.az

1Источники