Türkiyədə daha 51 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Bodrum sahillərində qeydə alınıb.
Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, müxtəlif vaxtlarda Bodrum sahillərində rezin qayıq və lifli qayıqda qeyri-qanuni mühacirlərin olduğu və kömək istəməsi barədə məlumat əsasında Sahil Mühafizə qrupları bölgəyə istiqamətləndirilib.
Komandalar Yunanıstan tərəfindən Türkiyə ərazi sularına çıxarılan rezin qayıqda 19-u uşaq olmaqla 36 qeyri-qanuni immiqrantı, mühərrik nasazlığı səbəbindən sürüklənən lifli qayıqda isə 15 nizamsız immiqrantı xilas edib.
Qeyri-qanuni immiqrantlar əməliyyatlarından sonra İl Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Anar Əliyev