RU

"ABAD" işğaldan azad edilmiş ərazilərin sakinlərinə təqdim olunub


17 sentyabr 2024-cü il tarixində "ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində işğaldan azad olunmuş ərazilərdə yaşayan yerli sakinlərlə görüşüb.

Görüş çərçivəsində qurumun fəaliyyətinə dair təqdimat edilib. Həmçinin sözügedən ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri diqqətə çatdırıb. Həmçinin yeni biznes qurmaq istəyənlər üçün "ABAD”ın təklif etdiyi unikal dəstək proqramı diqqətə çatdırıılıb.

Təqdimat sual-cavab sessiyası ilə yekunlaşıb.

Tədbirdə "ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıblar. Onların "ABAD”a qoşulmaları istiqamətində müvafiq proseslər ən yaxın zamanda həyata keçiriləcəkdir.

Görüşdə Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də iştirak ediblər.
 
 



 

Избранный
31
3
7news.az

4Источники