RU

Tacikistan və Özbəkistanda zəlzələ baş verib

Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətinin Vanc rayonunda 5 bal gücündə zəlzələ qeydə alınıb

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, zəlzələ yerli vaxtla saat 00:51-də baş verib, ocağı 33 kilometr dərinlikdə yerləşib.

Mərkəzi Asiya ölkələrində baş verən zəlzələlərin monitorinqini aparan Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozların Monitorinqi Mərkəzi eyni zamanda ölkədə 4,9 bal gücündə zəlzələ qeydə alıb.
Məlumata görə, yeraltı təkanların episentri cənubda - Dağlıq Bədəxşan Muxtar Vilayətinin inzibati mərkəzi - Xoroq şəhəri yaxınlığında yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Избранный
143
3
ucnoqta.az

10Источники