Cari ilin avqustunda təxminən 50 minə yaxın insan vəba xəstəliyinə yoluxub, 160-dan çox insan ölüb.
"Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nin aylıq bülletenində qeyd olunub ki, avqust ayında 17 ölkədə 49 986 yoluxma və 161 ölüm halı qeydə alınıb. İyul ayı ilə müqayisədə bu ay yoluxma 16 %, ölüm isə 28 % azalıb.
Mərkəzi və Qərbi Afrikada, eləcə də Cənub-Şərqi Asiyada son vaxtlar baş verən şiddətli daşqınlar vəbaya yoluxma riskini artırıb.
Ümumilkdə yanvarın 1-dən avqustun 25-dək 28 ölkədə 371 517 yoluxma, 2 527 ölüm halı müəyyən edilib. Xüsusilə Şərqi Aralıq dənizi regionunda və Afrikada yüksək artım qeyd olunur.