“Ferrari”nin monakolu pilotu Şarl Lekler Formula 1 Azərbaycan Qran-Prisində qalib ola bilməməsinin səbəbini açıqlayıb.
Sportinfo.az xəbər verir ki, 27 yaşlı sürücü bunu avtomobilinin təkərlərində olan problemlə əlaqələndirib.
“Oskar Piastri birinci döngədə məni ötüb keçəndə çox narahat olmadım. Maksimal sürətdə qalmaq, təkərlərimi xilas etmək və rəqibimi qabaqlamaq istəyirdim.
Lakin bu fürsət bir daha özünü göstərmədi, çünki biz çox yavaş gedirdik. Təkərlər köhnəlmişdi. Bu, mən tərəfdən böyük bir səhv oldu.
“McLaren” komandası isə düz yolda çox sürətli idi. Fikrimcə, həmin anda şansımı itirmişdim.
İndi finalla bağlı təhlilə ehtiyac var. Sinqapurdakı Qran-Pridə fürsətlərdən istifadə etməliyik”.
Yarışda ən yaxşı nəticəni “McLaren”in avstraliyalı pilotu Oskar Piastri göstərib. Finişə birinci çatan sürücü Azərbaycan Qran-Prisinin qalibi olub. Şarl Lekler (“Ferrari”) ikinci, Corc Rassell (“Mercedes”) üçüncü olub.