İsrail hərbçiləri sentyabrın 19-da ölkənin şimalında ən böyük şəhər olan Hayfada təlimlər keçirəcəklər.
“Far.Az”un xəbərinə görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, təlimlər səhərdən günortaya qədər keçiriləcək. "Təlimlər zamanı texnikanın və çoxlu sayda hərbi qulluqçunun nəzərəçarpacaq dərəcədə hərəkəti olacaq”, - ordudan xəbərdarlıq edilib.
Mətbuat xidmətində qeyd olunub ki, ordu təlimləri bütün sektorlarda müxtəlif təhdidlərə hazırlıq məqsədilə səhiyyə orqanları ilə qarşılıqlı əlaqədə keçirir. Təlim əvvəlcədən planlaşdırılıb və İsrail Müdafiə Ordusunun 2024-cü il üçün təlim planına daxil edilib.