RU

Andrade Kadinin yolu ilə gedir: 2 Rusiya klubundan təklifi var

“Qarabağ”ın futbolçusu Leandro Andrade Ağdam klubunun keçmiş oyunçusu Kadi Borgesin yolu ilə gedə bilər.

Futbolinfo.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin Rusiya Premyer Liqasında çıxış etmək ehtimalı böyükdür. 24 yaşlı hücumameyilli oyunçunun hüquqlarını təmsil edən “FIA Football” agentliyi bununla bağlı bəyanat yayıb. Bildirilib ki, Leandro Rusiya komandalarının diqqət mərkəzindədir. Hətta yay fasiləsində “Lokomotiv” və “Dinamo” klublarından rəsmi təklif də edilib. Lakin Andrade Azərbaycanda qalmağı üstün tutub.

Rusiyada “transfer pənrəcəsi” bağlandığından, adıçəkilən klublar qış transfer dönəmini gözləməli olacaqlar. Moskva təmsilçiləri Andradenin keçidi üçün yenidən “Qarabağ”ın qapısını döyəcəklər.

“Qarabağ”la müqavilə müddəti 2027-ci ilin yayına qədər olan Leandro Andrade kimi Kadi Borges də Rusiyadan dəvət almış və yekunda “Krasnodar”a satılmışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
23
futbolinfo.az

1Источники