RU

Livanda radioqəbuledicilər də partladı

 

  18 sentyabr axşamı Livanın paytaxtı Beyrutda və müxtəlif bölgələrdə Hizbullahın istifadə etdiyi əl radioqəbuledicilərinin partlaması nəticəsində 20 adam ölüb, 450 nəfər yaralanıb, bəzi evlərdə və avtomobillərdə yanğın baş verib.

  Partlayışlardan biri əvvəlki gün peycer hücumu zamanı həlak olanların dəfn mərasimi zamanı baş verib.

  Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail Sur şəhəri çölündə bir evə hava hücumu edib. Nəticədə bir qadın həyatını itirib.

  İsrail təyyarələri bölgədə intensiv uçuşlar edir.

  Hizbullahın yüksək rütbəli məsullarından biri olan Haşim Səfiəddin “yeni hücum mərhələsi” ilə qarşı-qarşıya olduqlarını bildirərək “Bunun bədəli olacaq” deyib.

  Qeyd edək ki, Hizbullah radioqəbulediciləri sentyabrın 18-də partladılmış peycerlərlə birlikdə 5 ay əvvəl alıb. Peycer partlayışlarında ikisi uşaq olmaqla 12 adam ölüb, təxminən 3 min nəfər yaralanıb.



Избранный
22
trt.net.tr

1Источники