Ukrayna lideri Volodimir Zelenski ölkəsi üçün sülh planının tam hazır olduğunu deyib.
Bu barədə Zelenski "teleqram" kanalında məlumat verib.
“Bu gün deyə bilərik ki, qələbə üçün planımız artıq tam hazırdır. Plana bütün məqamlar, bütün əsas vurğular, lazımi əlavələr və təfərrüatlar müəyyən edilib”, - deyə Zelenski bildirib.
O, əlavə edib ki, hazırda Kiyev üçün ən zəruri şey nəzərdə tutulan layihənin həyata keçirilməsində qətiyyətdir.
"AzPolitika.info"