RU

Almaniya Ukrayna hərbçilərinin müalicəsi üçün daha 50 milyon avro ayıracaq

Almaniya yaralı ukraynalı əsgərlərin xəstəxanaya yerləşdirilməsi və müalicəsi üçün əlavə 50 milyon avro ayıracaq.

Herbiand.az xəbər verir ki, bu barədə sentyabrın 18-də Almaniya Daxili İşlər Nazirliyinin yaydığı press-relizdə deyilir.

Bundan əlavə, hökumətin yeni təşəbbüsü Ukraynadan təxliyə edilənlərin Almaniyanın tibb müəssisələrində qeydiyyatını asanlaşdırmalıdır.

Məlumata görə, yaralı ukraynalıların xəstəxanada müalicəsi xərcləri gələcəkdə “bürokratik gecikmələr olmadan” Almaniyanın Federal İnzibati İdarəsi tərəfindən ödəniləcək. Almaniyanın daxili işlər naziri Nensi Fazer bildirib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri alman klinikaları 1173 ağır yaralı ukraynalı hərbçi və mülki vətəndaşı qəbul edib. “Bu yardım bəşəriyyətin əmridir və biz bunu bütün gücümüzlə davam etdirəcəyik”, - deyə nazir vurğulayıb.

Almaniyanın səhiyyə naziri Karl Lauterbax deyib ki, Ukraynanın tibb sahəsindəki dəstəyi Rusiya işğalına qarşı mübarizədə "mərkəzdir". Biz buna müqavimət göstəririk və ağır yaralı ukraynalılara ən yaxşı yardımı göstərməyə davam edəcəyik”, - nazir bildirib.

Избранный
15
50
herbiand.az

10Источники