RU

Qara Qarayev "Neftçi"dən ayrıldı

"Neftçi" futbolçusu Qara Qarayevlə yollarını ayırıb.

Bu barədə "Neftçi"nin Mətbuat Xidməti məlumat yayıb.

Xəbərdə bildirilib ki, "ağ-qaralar" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyublar. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Q.Qarayev paytaxt klubuna 2023-cü ilin yayında "Qarabağ"dan keçmişdi. O, ötən ay baş məşqçi Roman Qriqorçukun qərarı ilə əvəzedici komandaya göndərilmişdi.

Mənbə: oxu.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
31
oxu.az

10Источники