RU

Azərbaycanda ilk dəfə startaplar üzrə Dünya Çempionatı keçirilib - FOTOLAR

Startaplar üzrə Dünya Çempionatının regional mərhələsi ölkəmizdə ilk dəfə olaraq Technovate-SABAH Mələk İnvestorlar Klubunun təşkilatçılığı ilə ADA Universitetində təşkil olunub. Qlobal arenada ən nüfuzlu startup yarışmalarından biri hesab olunan yarış investorları, şirkət rəhbərlərini, startup təsisçilərini və bir sıra dövlət rəsmilərini bir araya gətirərək Azərbaycanda startap və investisiya ekosisteminin inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır. SİA xəbər verir ki, Technovate İnvestments şirkəti və Mələk İnvestorlar Klubunun təsisçisi Fərid İsmayılzadə açılış nitqi ilə çıxış edərək bu tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanda startap ekosisteminin inkişafında böyük rola sahib olacağını və bu sahələrin inkişafına töhfə verəcəyini vurğulayıb. Tədbirin təşkilatçısı olan Technovate-SABAH Mələk İnvestorlar Klubunun icraçı direktoru Alya Abbaszadə son 1 il ərzində Klubun gördüyü işlər, əldə olunmuş uğurlar və gələcək hədəflərlə bağlı bir sıra məlumatları tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirə ev sahibliyi edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də tədbirdə çıxış edərək ölkədə startapların inkişafında universitetlərin rolunu vurğulayıb. Daha sonra Startaplar üzrə Dünya Çepionatının səfiri Federiko Altepost çıxış edərək sözügedən qlobal yarışmada ilk dəfə olaraq Azərbaycanın da iştirakını yüksək qiymətləndirmiş və ABŞ-də keçiriləcək final mərhələd ilk dəfə olaraq Azərbaycan startapının iştirakını görməkdən məmnunluğunu ifadə edib. Tədbirin qonaqları arasında yer alan ABŞ-nin Azərbaycan Respublikasındakı səfiri cəbab Mark Libby də çıxış edərək bu tədbirin Azərbaycanda qlobal ideyalı startapların sayının artmasında, eləcə də yerli startapların qlobal təcrübələrdən öyrənilməsində böyük rola sahib olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva son dövlərdə startap, investisiya və innovasiya sahələrində atılan addımlar, istər ölkə, istərsə də regional və qlobal səviyyədə əldə edilmiş uğurlar barəsində vacib məqamlara toxunub və bu kimi tədbirin ölkədə keçirilməsinin görülən işlərin daha da sürətləndirdiyini qeyd edib.

Tədbirdə çıxış edənlər arasında İqtisadiyyat nazirinin müavini Anar Axundov, Elm və təhsil nazirinin müavini Həsən Həsənli, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da yer alıb. Onlar da öz çıxışlarında bu tədbirin keçirilməsinin ölkənin nəinki startap və investisiya, həmçinin digər sahələrin də inkişafında böyük rola sahib olduğunu vurğulayıblar.

Daha sonra yarışmada iştirak etmək üçün qeydiyyatdan keçmiş 100-ə yaxın startap arasından seçilən 5 startap 5 startup öz biznes ideyalarını auditoriya qarşısında təqdim etmiş və 7 nəfərlik juri tərəfindən qiymətləndirilib. Startapların çıxışlarını qiymətləndirəcək jürilər arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış investorlar və ekspertlər yer alıb. Jürilər tərəfindən qalib olaraq müəyyən olunmuş startap elan edilib və daha sonra bütün yarışma iştirakçıları ilə xatirə şəkli çəkilib. Qeyd edək ki, qalib komanda 4 oktyabr tarixində ABŞ-də keçiriləcək final mərhələdə öz startap ideyası ilə Azərbaycanı təmsil edəcək.

Məlumat üçün bildiririk ki, tədbirdə dövlət rəsmiləri, mələk investorlar, startup komandaları, şirkət direktorları, tələbələr və digər qonaqlar daxil olmaqla ümumilikdə 500-dən çox qonaq iştirak edib.

Bu innovativ tədbirin həyata keçirilməsində partnyorlarımız İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Sabah.hub, ADA Universiteti, Next Step İnnovation Center, The Law Office of Vugar Jafarov və sponsorlarımız AZERCELL, ABB Bank, PASHA Holding, Visa, GoldenPay, PASHA Həyat, Bestcomp Group, PASHA Travel və Holberton School Azerbaijan önəmli rol oynayıblar.

Qeyd edək ki, Startaplar üzrə Dünya Çempionatı dünyanın ən qabaqcıl startup yarışmalarından biri olub hər il dünyanın müxtəlif yerlərində təşkil olunan regional mərhələlərin qaliblərini ABŞ-ın San-Fransisko şəhərində qalib gələrək 1 milyon dollar dəyərində mükafatı qazanmaları üçün bir araya gətirir. Yarışmanın məqsədi innovativ sahibkarları aşkar etmək, onları qlobal investorlarla bir araya gətirmək və öz bizneslərini dünya səviyyəsində inkişaf etdirməkdir.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
2
sia.az

3Источники