Türkiyə Milli Kəşfiyyat Təşkilatı terror təşkilatı PKK/KCK-nın Gare hərbi kəşfiyyatçılarından olan "Hogir Pirosi" kod adlı Halil Yiğiti İraqın Qara bölgəsində həyata keçirdiyi əməliyyatla zərərsizləşdirib.
Adalet.az xəbər verir ki, bu barədə MİT məlumat yayıb.
MİT-in apardığı kəşfiyyat araşdırmaları nəticəsində PKK/KCK üzvü Halil Yiğitin təşkilatın yüksək səviyyəli idarəçilərinin göstərişi əsasında Qarada Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı aksiyalar təşkil etdiyi müəyyən edilib.