RU

Məhdud buraxılışlı “Mercedes-AMG GT” təqdim olundu

Bu həftə sonu keçiriləcək “Formula-1” Sinqapur Qran-prisi ərəfəsində “Mercedes-Benz” məhdud buraxılışlı “AMG GT 63 Pro 4Matic+ – Motorsport Collectors Edition” modelini təqdim edib.

Avtomobilin rəngləri “Mercedes-AMG Formula-1” avtomobillərini xatırladır. Kuzov qara rəngdə hazırlanıb və firuzəyi elementlərlə bəzədilib, arxada isə üçbucaqlı ulduzdan istifadə edilən naxış var.

“Mercedes-AMG GT 63 Pro 4Matic+ Motorsport Collectors Edition” karbon lifli ön splitter və arxa qanaddan ibarət AMG xarici karbon fiber paketi ilə birlikdə satılır. Kapotun altında 450 kVt (612 at gücü) gücündə dörd litrlik tvin-turbo V8 mühərriki yerləşir. Avtomobilin tirajı 200 nüsxə ilə məhdudlaşır.

Избранный
69
49
banker.az

10Источники