FED-in faiz endirimindən sonra rekord səviyyəyə qalxan qızıl qiymətləri yüksəlişini davam etdirib.
İndex.az xəbər verir ki, qızıl bir unsiya üçün 2 min 564 dollara qədər bahalaşaraq rekord qırıb.
FED sədri Cerom Pouel, uçot dərəcələrini 50 baz bənd endirmə qərarından sonra etdiyi çıxışda bildirib ki, son iclasdan bu yana çoxlu məlumat var və həmin məlumatlara əsasən 50 baz bəndlik endirim doğru qərardır.