RU

Yaponiyanın "Icom" şirkəti Livandakı ratsiyaların partlaması barədə açıqlama verdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyanın "Icom" ratsiya istehsalçısı Livanda baş verən son hadisə ilə əlaqəsinin olmadığını bəyan edib.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, şirkət bu barədə Livanda "IC-V82" modelinin kiberhücum nəticəsində partladığı barədə xəbərə şərh verərkən bəyan edib.
Bildirilir ki, sözügedən ratsiyalar 2004-cü ildən 2010-cu ilə qədər istehsal edilib və bir sıra ölkələrə (o cümlədən Yaxın Şərqə) göndərilib.
"Bu məhsulun satışı 10 il əvvəl dayandırılıb və o vaxtdan bəri biz onu təchiz etmirik", - deyə bəyanatda əlavə edilib.
Bundan əlavə, "Icom" hadisədə iştirak edən ratsiyaların orijinallığına və ümumiyyətlə, Yaponiyada istehsalına şübhə ilə yanaşıb. Belə ki, mövcud şəkillərdə şirkətin orijinal məhsullarını işarələyən xüsusi holoqrafik stikerlər yoxdur.
Şirkət, həmçinin vurğulayıb ki, Yaponiya qanunvericiliyi və İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin qərarlarına əsaslanan ixrac nəzarəti protokollarına ciddi şəkildə riayət edir və yalnız rəsmi distribütorlarla əməkdaşlıq edir.
Избранный
12
50
oxu.az

10Источники