Gürcüstanlı transgender model evində öldürülüb.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Tbilisidə 37 yaşlı gürcü transgender qadın Kesaria Abramidze evində öldürülmüş halda tapılıb.
Abramidzenin çoxsaylı bıçaq xəsarətləri aldığı bildirilir.
Kesaria Abramidzenin qatili olduğu iddia edilən şəxs həbs edilib.
Bir neçə gün öncə Gürcüstan parlamenti LGBT şəxslərin hüquqlarını məhdudlaşdıran qanunu qəbul etmişdi. Qanuna görə, "LGBT həyat tərzini təbliğ edən” tədbirlər qadağan edilib.
Cinsiyyətin dəyişdirilməsi üçün hər hansı tibbi manipulyasiyalar, habelə sənədlərdə şəxsin "genetik profilindən” başqa cinsin göstərilməsi qadağan olunub.