RU

"Azərbaycanda rəqiblər üzərində hər hansı üstünlüyümüz yox idi"

Azərbaycan Qran-prisində "Ferrari" və "Red Bull" üzərində hər hansı üstünlüyümüz yox idi".

Sportinfo.az "RacingNews365"ə istinadən xəbər verir ki, bunu "McLaren" komandasının rəhbəri Andrea Stella Bakıda keçirilmiş yarışla bağlı danışarkən deyib.

O, bolidlərinin kifayət qədər sürətli olmadığını bildirib:

"Avtomobilimizi daha da sürətləndirməyin üzərində işləməliyik. Tez-tez eşidirəm ki, "McLaren" ən yaxşı bolidə sahibdir.

Rəqəmlər bizim avtomobilin Barselona, Macarıstan kimi bəzi traslarda ən yaxşı olduğunu göstərir. Amma Azərbaycanda hər hansı üstünlüyümüz yox idi".

Azərbaycan Qran-prisinin qalibi "McLaren" pilotu Oskar Piastri olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
sportinfo.az

1Источники