Sumqayıt Məhkəmə Kompleksində “Tərtər işi” ilə bağlı ittiham olunan bir qrup şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Əhmədov Ramil Bəşir oğlunun 10 il, Ağayev Fuad Ramiz oğlunun - 15 il, Axundov Fuad Arazi oğlunun 11 il, Ağadadaşov Cavid Zahid oğlunun 13 il, Cümşüdov Qurban Qədim oğlunun 13 il azadlıqdan məhrum olunmasını istəyib.