RU

Rusiyada qeyri-qanuni miqrantlar nikaha girə, əmlak ala bilməz

Qeyri-qanuni miqrantlar bundan sonra Rusiya Federasiyasının ərazisində nikaha girə, bank xidmətlərindən istifadə edə və əmlakını qeydiyyata aldıra bilməyəcəklər. Daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy “Kommersant”a müsahibəsində bildirib ki, Rusiya hazırda ölkədə qeyri-qanuni yaşayan əcnəbilərin reyestrini yaradır.

General-polkovnik Qorovoyun sözlərinə görə, “bu vətəndaşlar reyestrə daxil edildikdən sonra nəqliyyat vasitələrini idarə edə, bank xidmətlərindən istifadə edə, əmlakın qeydiyyatını apara, nikah bağlaya və poza bilməyəcək, uşaqları uşaq bağçalarına və məktəblərə yaza bilməyəcəklər”.

“Rusiya Daxili İşlər Nazirliyi dövlətin daxili təhlükəsizliyinə cavabdeh olan qurum kimi həmvətənlərimizi narahat edən problemlərdən kənarda qala bilməz. Biz bu, həqiqətən, həssas sahədə ictimai tələblərə adekvat cavab vermək üçün nəşrləri, qarşılıqlı fəaliyyət göstərən strukturlardan və nəzarət orqanlarından olan həmkarların çıxışlarını, cəmiyyətdəki əhval-ruhiyyəni diqqətlə izləyirik”.

Onun sözlərinə görə, hazırda Rusiyada 6 milyon 174 min xarici vətəndaş var. Rusiyadakı vətəndaşlarının sayına görə ilk onluqda Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarusiya, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan var. 

“Mən onların adlarını azalan ardıcıllıqla çəkirəm, lakin ümumilikdə onların sayı 5,5 milyon nəfərdir” – deyə general-polkovnik qeyd edib.

P.ƏMİRCANOV
XQ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
1
xalqqazeti.az

2Источники