İsrailin Hayfa şəhərinə “İraq İslam Müqaviməti” şiə hərəkatı hücum edib. Zərbə pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.
Qrupun Telegram kanalında yayımlanan mesaja görə, hücum Qəzza zolağında fələstinlilərə dəstək, həmçinin İsrailin anklavda törətdiyi cinayətlərə cavab olaraq həyata keçirilib.
“Düşmən qalalarının məhv edilməsi üzrə əməliyyatlar artan sürətlə davam edir”, – nəşr yazır.
Bundan əvvəl Livanın Hizbullah hərəkatı sərhəd bölgələrində İsrail ordusunun 4 mövqeyinə raket zərbəsi endirdiyini açıqlamışdı.
Mənbə RİA Novosti