Avropa İttifaqının Monqolustandakı fövqəladə və səlahiyyətli səfiri İna Marciulionite etimadnaməsini Monqolustan Prezidenti Xurelsux Uxnaaya təqdim edib.
Prezident Xurelsux Uxnaa qeyd edib ki, Monqolustan və Avropa İttifaqı arasında insan hüquqları, azadlıq və qanunun aliliyi kimi demokratik dəyərlərə əsaslanan əlaqələr və əməkdaşlıq hər iki tərəfin səyləri nəticəsində genişlənir.
Görüş zamanı hər iki tərəfin uzunmüddətli siyasətlərinə və inkişaf planlarına daxil olan ümumi məqsədlər çərçivəsində səmərəli əməkdaşlığın və əlaqələrin daha da zənginləşdirilməsinin mümkünlüyü ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər həmçinin iqlim dəyişikliyi, səhralaşma və torpağın deqradasiyası kimi qlobal çağırışların aradan qaldırılmasına yönəlmiş Monqolustanın “Milyard ağac” Proqramı və Avropa İttifaqının Meşə Tərəfdaşlığı çərçivəsində səmərəli əməkdaşlıq edəcəklərini təsdiqləyiblər.
Oxuməni.az