RU

"Paşinyan Rusiyaya birmənalı şəkildə meydan oxuyur" - Zatulin

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya birmənalı şəkildə meydan oxuyur. 

"Unikal" xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.

O, ötən gün Paşinyanın KTMT-nin Ermənistanın təhlükəsizliyinə, gələcək mövcudluğuna, suverenliyinə və dövlətçiliyinə təhdid olması ilə bağlı açıqlamasına münasibət bildirib. 

Deputatın sözlərinə görə, Paşinyan demək olar ki, eyni sözləri illər əvvəl, heç kimin onu ​​ciddi siyasətçi hesab etmədiyi zaman demişdi: "O, marjinal jurnalist idi və o vaxt da təkid edirdi ki, Ermənistan Rusiyaya diqqət yetirməyi dayandırsın, KTMT-dən çıxsın, Gümrü bazasını ləğv etsin və s. Onu müxalifətçi kimi az adam dinləyib. Onun 2018-ci ildə baş nazir postuna gəlişi qısa müddət ərzində yalançı dostluq vədləri ilə müşayiət olundu və indi o, öz mahiyyətinə qayıdıb". 

Siyasətçinin fikrincə, Moskva müzakirənin səviyyəsini aşağı salmamaq üçün Paşinyana eyni tonda cavab verməməyə üstünlük verir: "Amma biz başımızı quma basdırmamalıyıq, başa düşməliyik ki, Paşinyan Ermənistanı hara aparır... O, açıq şəkildə Rusiyaya qarşı çıxır, Ermənistanda və Qafqazda təsirini minimuma endirməyə çalışır. Düşmənlər bunu edir, xüsusən də biz hərbi əməliyyatlar aparanda, Qərblə üz-üzə gələndə və s... Biz Paşinyan hakimiyyəti və onun xarakteri ilə bağlı daxili nəticə çıxarmalıyıq, vəssalam". 

Ağarza Elçinoğlu 

Избранный
134
50
unikal.az

10Источники