Polşanın cənub-qərbində daşqın və onun nəticələrinə qarşı mübarizədə iştirak edən hərbçilərin sayı həftənin sonuna kimi 20 minə çatacaq.
İqtisadiyyat.az xarici KİV-lərər istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib.
Onun sözlərinə görə, hazırda təbii fəlakətdən zərər çəkmiş zonada Polşa ordusunun 16 min əsgər və zabiti fəaliyyət göstərir.
Güclü yağışlardan sonra Nisa çayının (Oderin sol qolu) daşması səbəbindən Polşanın cənub və cənub-qərbində yerləşən Sileziya, Aşağı Sileziya və Opole voyevodalıqlarında irimiqyaslı daşqınlar baş verib. Daşqınlar 1997-ci ildən bəri ən güclüsü olaraq qeydə alınıb. Məlumata görə, daşqınlarda 7 nəfər həlak olub. Klodzko şəhərinin mərkəzi və Çexiya ilə sərhəddə yerləşən Yeleniya Qora şəhərinin bir hissəsi su altında qalıb. Ordu xilasedicilərə və yanğınsöndürənlərə yardım edir. Daşqın zonasındakı yaşayış məntəqələrindən 4 mindən çox insan təxliyə edilib, 4 vilayətdə 600 məktəb bağlanıb.