RU

İran qisas niyyətindən əl çəkməyib – yeni bəyanat

 

İran Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti dəfə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin ləğvinə görə İsrail və ABŞ-dan qisas alacağına söz verib. Missiya.Az xəbər verir ki, İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatını “Tasnim” agentliyi yayıb.Onlar iyul ayında həyata keçirilən əməliyyatı qorxaqlıq adlandırıb və qeyd ediblər ki, “zamanın keçməsi İran İslam Respublikasının tökülən qanların qisasını almaq niyyətinə mane olmayacaq”.Həniyə iyulun 31-nə keçən gecə Tehranda təxminən 7 kiloqram ağırlığında döyüş başlığı olan qısa mənzilli mərminin qurbanı olub.Fələstin hərəkatı bu hücumu xain adlandırıb və günahı “sionistlərin” üzərinə atıb. İsrail tərəfi iştirakını rəsmən etiraf etməyib.Elcan Missiya.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
missiya.az

1Источники