İran da Yaxın Şərqdəki müharibəyə qoşula bilər.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu”nun efirində deyib.
O bildirib ki, bu, istisna deyil: “Biz görürük ki, savaş Livan ərazisinə keçməyə doğru gedir. Daha böyük bir müharibənin başlanma riski var”.
H.Fidan söyləyib ki, bu təhlükənin qarşısını almaq barədə düşünmək lazımdır: “Təəssüf ki, ABŞ nə isə edə bilmir”.