Sentyabrın 19-da Audiovizual Şuranın və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili audiovizual mediada” adlı seminar keçirilir. SİA xəbər verir ki, Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən təsdiqlənmiş tədbirlər planı çərçivəsində təşkil olunan tədbirin məqsədi audivizual media subyektlərinin sözügedən mövzuya dair maarifləndirilməsi işinin gücləndirilməsi və bu istiqamətdə görülmüş işlərin nəticələrinin ictimaiyyətə çatıdırlmasıdır.Tədbirdə Audiovizual Şuranın, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, audiovizual yayımçıların proqram, efir üzrə rəhbərləri və digər məsul şəxsləri iştirak edirlər.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта