RU

İranlı hakerlər Trampın seçki kampaniyasının sənədlərini oğurlayıblar

İranlı

Amerika kəşfiyyat orqanları İrandan olan hakerlərin ABŞ prezidentliyinə namizəd Donald Trampın seçki qərargahından sənədləri oğurladığını, bundan sonra bu sənədlərin Ağ Evin indiki sakini Co Baydenə və müxtəlif media orqanlarına göndərildiyini açıqlayıb.

İran kiberaktyorları iyunun sonu, iyulun əvvəlində o vaxt prezident Baydenin kampaniyası ilə əlaqəli şəxslərə elektron məktublar göndəriblər.

Onlarda eks-prezident Trampın seçki kampaniyasından oğurlanmış daxili materiallardan mətn parçaları var idi. Bundan əlavə, kiberməkanda fəaliyyət göstərən iranlı hücumçular oğurlanmış daxili materialları iyun ayından Amerika mediasına göndərməyə cəhd etməyə davam ediblər.

FTX, Milli Kəşfiyyat Agentliyi və Kibertəhlükəsizlik və İnfrastruktur Agentliyinin birgə bəyanatında deyilir.

Cavid

Избранный
17
xalqcebhesi.az

1Источники