RU

İmamverdi İsmayılov: “Azərbaycan tariximizin ən şərəfli və qürurlu günlərini yaşayır”

Bu gün möhtərəm cənab Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam növbəti tarixi addımdır.
XALQ.AZ-ın məlumatına görə bunu Milli Məclisin deputatı İmamverdi İsmayılov bildirib.
O qeyd edib ki,  bu Sərəncam suverenliyimizin, ərazi bütövlüyümüzün bərpa olunduğu 20 sentyabr tarixini xalqımızın ən əlamətdar günlərdən birinə çevirdi. Yaxın tarixə nəzər yetirsək görərik ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edib, Zəfər qazandı. 2023-cü il sentyabrın 19-da isə Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı və rəşadətli Azərbaycan Ordusunun yüksək peşəkarlığı sayəsində növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi.
Bu səbəbdəndir ki, vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı diləyirəm. Biz onların sayəsində bu gözəl sevinci yaşayırıq. Hətta, bu gün Azərbaycan tariximizin ən şərəfli və qürurlu günlərindən birini yaşayır desək yanılmarıq.
Bir vətəndaş kimi bildirmək istəyirəm ki, 20 sentyabr tarixini bizlər üçün bayrama çevirdiyinə görə başda Ali Baş Komandanımız olmaqla, ordumuza minnətdaram!
Bu əlamətdar tarixi gün münasibətilə xalqımızı təbrik edir, dövlətimizə əbədi müstəqillik və suverenlik arzulayıram!
Yaşasın Müstəqil AZƏRBAYCAN !!!
Избранный
33
xalq.az

1Источники