“Neftçi”nin hücumçusu Ağadadaş Salyanski gələcək karyerası ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, gənc hücumçuya bir neçə yerli klublarımızdan maraq var. Premyer Liqa təmsilçiləri ilə yanaşı, mövsümün əvvəlində ölkə xaricindən də U-21 millimizin üzvünə təklif gəlib.
Ancaq Salyanski klubunu dəyişməyə tələsmir. O, hələlik “Neftçi”dən ayrılmaq niyyətində deyil. Öncəliyi “ağ-qaralar”da forma geyinmək olan Ağadadaş ən azı qışa qədər komandada qalacaq.
Roman Qriqorçukun ona şans verməsini gözləyən hücumçu hələlik özünə gələn təklifləri dəyərləndirmir. Ancaq U-21 millimizin forvardı az forma şansı alacağı təqdirdə, qışda “Neftçi”dən ayrılacaq.
O, davamlı oynamaq istədiyi üçün özünü başqa klublarda sınamağı da düşünür.