RU

Bu görüntüləri sosial şəbəkədə paylaşdı, tutuldu – VİDEO 

Bakıda yol polisinin qanuni tələbinə riayət etməyən sürücü həbs edilib.


Referans.az Bakı şəhər DYP İdarəsinə istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.


Nizami DYP-nin əməkdaşları yol hərəkəti qaydasını pozduğu üçün “VAZ 21214” markalı, 10-XM-064 dövlət qeydiyyat nişanlı maşının sürücüsünə “saxla” işarəsi verib. Sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Daha sonra sürücü yol polisinin saxlamaq tələbini yerinə yetirməməsini əks etdirən videogörüntünü sosial şəbəkə hesabında paylaşıb.


Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsinin sürücüsü Quliyev Yasin Rasim oğlu saxlanılıb. O, saxlanılan zaman yol polisinin qanuni tələblərinə riayət etmədiyi üçün rayon polis bölməsinə təhvil verilib.


Sürücü barəsində toplanılmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Y.Quliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 8 sutka inzibati qaydada həbs edilib.


Избранный
18
44
referans.az

10Источники