Almaniya hökuməti yaxın vaxtlarda Kiyevə hərbi yardım göstərmək üçün əlavə 397 milyon avro ayırmaq niyyətindədir.
"Operativ Media" xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Pulun Ukrayna Silahlı Qüvvələri üçün hava hücumundan müdafiə vasitələrinin, pilotsuz təyyarələrin və hərbi texnikanın alınmasına sərf olunacağı güman edilir. Maliyyə Nazirliyinin məlumatına görə, ilin sonuna qədər Kiyevi dəstəkləmək üçün hələ də təxminən 1,42 milyard avro lazımdır. Əlavə vəsaitin ayrılması üçün parlamentin təsdiqi tələb olunur.