RU

“Real”ın futbolçusu “Ştutqart”la matça zədəli çıxıb?

“Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni son matçda ayağındakı ağrılarla oynamaq məcburiyyətində qalıb. “Kral klubu” sentyabrın 17-də UEFA Çempionlar Liqasında öz meydanında “Ştutqart”ı 3:1 hesabı ilə məğlub edib.Komanda.az “Relevo”-ya istinadən xəbər verir ki, fransalı futbolçu oyuna yüz faiz hazır olmayıb. O, topuğunda hiss etdiyi ağrı ilə oynamaq məcburiyyətində qalıb.24 yaşlı yarımmüdafiəçinin “Real”ın İspaniya çempionatında “Espanyol”a qarşı keçirəcəyi növbəti oyununda iştirak edib-etməyəcəyi hələ məlum deyil. Baş məşqçi Karlo Ançelotti növbəti mətbuat konfransında onun durumu ilə bağlı vəziyyətə aydınlıq gətirməlidir.

Избранный
18
komanda.az

1Источники