RU

Şöbə müdiri: "Xəzərin səviyyəsi 1.5 metr də aşağı düşsə, mühüm ekoloji problemlər baş verə bilər"

Şöbə

Xəzər dənizinin səviyyəsi hazırkı durumundan (- 28,5 mBS) 1.5 metr aşağı düşərsə, Xəzərin Nabran-Şabran sahil ərazisində, Abşeron yarımadası ərazisində, Cənub-Qərb ərazisində və Bakı buxtasında bir sıra geri çəkilmələr və digər mühüm ekoloji problemlər baş verə bilər.

Bu fikirləri Akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Əmir Əliyev AMEA Rəyasət Heyətinin iclasında çıxışı zamanı deyib.

Alim “Müasir dövrdə Xəzər dənizinin səviyyə dəyişmələri: səbəblər və nəticələr” mövzusunda məruzəsində bildirib ki,
Xəzər dənizinin səviyyəsi son 100 ildə 3 dəfə kəskin dəyişərək, dənizin orta illik səviyyəsi 1930-1977-ci illərdə 3,2 metr enib, 1978-1995-ci illərdə isə 2,5 metrə qədər yüksəlib.

Onun sözlərinə görə, bu proses nəticəsində respublikanın təqribən 850 km uzunluqlu sahil xətti zonasında 50 min hektara qədər torpaq sahəsi subasmaya məruz qalıb.

Xəzər dənizinin səviyyəsinin 1996-2023-cü illərdə 2 metr endiyini deyən Ə,Əliyev bu prosesin hazırda davam etdiyini, həmin müddətdə respublikamızın dənizsahili zonasında dəniz suları altından 38 min ha torpaq sahəsinin çıxdığını vurğulayıb: “Xəzərətrafı 5 ölkə içərisində dənizin səviyyəsinin qalxıb-enməsindən ən çox ziyan çəkən dövlət Azərbaycan Respublikasıdır. Hazırda Xəzərsahili ərazidə əhalimizin yarıdan çoxu, sənaye potensialının isə 80 faizə qədəri yerləşir. Xəzər dənizinin səviyyəsinin 1978-1995-ci illərdə kəskin qalxması sahil zonasında yerləşən sənaye və kənd təsərrüfatı infrastrukturlarına xeyli ziyan vurmuşdur”.

Alim həmçinin qeyd edib ki, Xəzər dənizinin səviyyəsi hazırkı durumundan (- 28,5 mBS) 1.5 metr aşağı düşərsə, Xəzərin Nabran-Şabran sahil ərazisində, Abşeron yarımadası ərazisində, Cənub-Qərb ərazisində və Bakı buxtasında bir sıra geri çəkilmələr və digər mühüm ekoloji problemlər baş verə bilər(Report).
Избранный
16
1
reyting.az

2Источники