“Arsenal”ın baş məşqçisi Mikel Arteta norveçli yarımmüdafiəçi Martin Edeqorun son durumunu açıqlayıb.
Futbolpress.az xəbər verir ki, ispan mütəxəssis futbolçunun ayaq biləyindən xəsarət aldığını və bir müddət yaşıl meydanlardan kənar qalacağını bildirib.
25 yaşlı yarımmüdafiəçi Norveçin UEFA Millətlər Liqasında Avstriyaya qarşı keçirdiyi oyunda (2:1) zədələnib.
“Arsenal” Premyer Liqada 4 turdan sonra 10 xalla ikinci sıradadır. “Topçular” lider “Mançester Siti”dən iki xal geri qalır.