RU

“Üç uşağını atıb küçə qızı aldı” - Novella Cəfəroğludan qalmaqallı açıqlama

Tanınmış yazıçı, kulturoluq Aydın Xan Əbilovun son açıqlaması böyük səs-küy yaradıb. Gənc xanımların təbii yolla ana olmaq istəməməsini tənqid edən yazıçının bu məsələdə anasını gündəmə gətirməsi birmənalı qarşılanmayıb.

 
"Anam 8 övladı iynəsiz-kənar müdaxiləsiz doğdu, heç biri ölüb eləmədi, hələ abort etdiklərini demirəm..." - deyən A.Əbilovun bu fikirləri sosial şəbəkələrdə qınaq atəşinə tutulub.  vakansiya Məsələ ilə bağlı Yenisabah.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu sosial şəbəkələrdə bu tip müzakirələrin aparılmasının əleyhinə olduğunu deyib:
 
“Bu gün biz sosial şəbəkələrdə hər şeyi paylaşırıq. Elə mən özüm də beləyəm, oğlumun, qızımın toyunu, nəvələrimi paylaşıram. Amma düşünürəm ki, sosial şəbəkələrdə cəmiyyətdə olan problemləri müzakirə etmək, başqalarının bu mövzuda fikirlərini öyrənmək, problemin həlli yollarını axtarmaq daha faydalı olar. 
 
“Facebook” ondan ötrüdür ki, biz orada cəmiyyət, ailə zorakılığı, uşaqlara münasibət haqqında müzakirələr edək. 
 
Biz gərək dodaq şişirtmə, yan böyütməni müzakirə mövzusu etməyək. Gərək ənənəvi ailələrimizdən, analarımızın, nənələrimizin ailədə gözəl münasibətindən danışaq, onların neçə dəfə abort etməsindən yox! 
 
Biz ailə dəyərlərini gündəm etməliyik, keçmişdə ailədə ata, ana arasında necə münasibət olduğunu xatırlatmalıyıq”. 
 
N.Cəfəroğlu bildirib ki, sosial şəbəkələrdə gənc nəslə örnək ola biləcək ailə modelləri paylaşılmalı, onlar maarifləndirilməlidir: 
 
“Analarımızın müharibə vaxtı yeməyə bəzən bir parça çörəkləri belə olmayıb, ərləri müharibədə olublar. Həmin dövrdə tək-tük qadın yolunu azıb, amma hamısı bir parça çörəyi halal zəhməti ilə qazanıb. Onlar neft buruqlarında, zavodlarda səhərdən axşama qədər işləyiblər, bir tikə çörəyi əxlaqları ilə evlərinə gətiriblər. Biz belə şeyləri sosial şəbəkələrdə danışmalıyıq, gənc nəsilə bunu öyrətməliyik. 
 
Cavan qızlar nəyinsə hesabına bahalı telefon, 500 manatlıq palto aldırmaqla xoşbəxt olmayacaqlar!
 
Bu gün tərbiyəli, savadlı qızlarımız evdə qalıb, “şütdülüm” qızlar isə hər şey əldə ediblər. Mən həm də Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri olduğum üçün belə şeyləri müşahidə edirəm. Oğlanlar bəzən 3 uşaqla ailəsini atıb gedib küçə qızlarını alırlar. Bunlar hamısı sosial problemdir, biz bu məsələləri müzakirə etməliyik. Həmin qızları necə bu yoldan uzaqlaşdıracağımızı tapmalıyıq. 
 
Tənqid etmək olar, amma hər şeyin bir həddi var. Bu gün xaricdə oturub hökuməti tənqid edənlər var, onlar normal tənqidi təhqirlə qarışdırırlar, ailə dəyərlərinə dil uzadırlar. Onlar anlamır ki, buna baxan xanımlar var. Heç kəs demir ki, tənqid olmasın, bu normaldır, lakin təhqir yolverilməzdir! Kiminsə anasını, atasını müzakirəyə çıxarmaq olmaz”. 
Избранный
63
8
yenilik.az

9Источники