RU

“Arsenal”ın keçmiş futbolçusu narkotik qaçaqmalçılığına görə saxlanıldı

“Arsenal”ın keçmiş yarımmüdafiəçisi Cey Emmanuel-Tomas narkotik qaçaqmalçılığı ilə bağlı həbs edilib.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bundan əvvəl, Stansted hava limanında (London), Banqkokdan gələn iki çamadanda təxminən 600 min funt sterlinq dəyərində 60 kiloqran narkotik tapılmışdı, iki qadın da bu işdə ittiham edilmişdi, lakin sonra zaminə buraxılmışdı.

Emmanuel-Tomas çərşənbə günü Şotlandiya polisinin dəstəklədiyi əməliyyat nəticəsində İnverklaydda saxlanılıb. O, bu gün məhkəmə qarşısına çıxarılacaq.

33 yaşlı futbolçu “Arsenal”ın yetirməsidir. O, əsas komandada 5 oyun keçirib. Emmanuel-Tomas “Bristol Siti”, “İpsviç”, “Aberdin” və digər klublarda da çıxış edib. O, hazırda Şotlandiya İkinci Liqasında “Morton”un oyunçusudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
2
medianews.az

6Источники