Gənc istedadları dəstəkləmək və bank sektoruna peşəkar kardlar yetişdirmək məqsədi ilə Yelo Bank-ın təşkil etdiyi "Summer Challenge" proqramı bu illik yekunlaşıb.
Fins.az xəbər verir ki, proqramda ümumilikdə 35 potensiallı gənc iştirak edib. Onlar təcrübə müddəti ərzində real iş mühitində peşəkar mütəxəssislərin mentorluğu ilə Yelo Bank-da çalışmaqla layihələrin və tədbirlərin həyata keçirilməsində iştirak ediblər. Bu proqram iştirakçılara komanda işi, liderlik, ünsiyyət və fikir istehsalı kimi bacarıqlara yiyələnmək və inkişaf etdirməyə fürsət yaradıb. Proqramın yekununda məzunlara sertifikatlar təqdim olunub. Təcrübə müddətində aktiv fəaliyyəti ilə seçilən iştirakçıların bir çoxu isə artıq Yelo Bank-da işlə təmini olunub və komandaya qoşulublar.
Yelo Bank təcrübəsiz və həvəsli gənclərin inkişafını dəstəkləmək və onların bank sektorunda karyera yüksəlişinə töhfə vermək məqsədi ilə bu cür proqramları gələcəkdə də davam etdirəcək.
Bank xidmətləri (//www.yelo.az/az/individuals/deposits/) haqqında əlavə suallarınız var?
O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!
Zemfira Ms
Fins.az