Yelo Bank-ın yay təcrübə proqramı uğurla başa çatdı
Gənc
istedadları dəstəkləmək və bank sektoruna peşəkar kardlar yetişdirmək məqsədi
ilə Yelo Bank-ın təşkil etdiyi "Summer Challenge" proqramı bu illik
yekunlaşdı. Proqramda ümumilikdə 35 potensiallı gənc iştirak etdi. Onlar
təcrübə müddəti ərzində real iş mühitində peşəkar mütəxəssislərin mentorluğu
ilə Yelo Bank-da çalışmaqla layihələrin və tədbirlərin həyata keçirilməsində
iştirak etdilər. Bu proqram iştirakçılara komanda işi, liderlik, ünsiyyət və
fikir istehsalı kimi bacarıqlara yiyələnmək və inkişaf etdirməyə fürsət
yaratdı. Proqramın yekununda məzunlara sertifikatlar təqdim olundu. Təcrübə
müddətində aktiv fəaliyyəti ilə seçilən iştirakçıların bir çoxu isə artıq Yelo
Bank-da işlə təmini olunub və komandaya qoşulublar.
Yelo Bank təcrübəsiz və həvəsli gənclərin inkişafını dəstəkləmək və onların
bank sektorunda karyera yüksəlişinə töhfə vermək məqsədi ilə bu cür proqramları
gələcəkdə də davam etdirəcək.