İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında deyib ki, inflyasiya səviyyəsinin artmasının bir neçə səbəbi var:
“Birinci səbəb odur ki, ölkədə ictimai nəqliyyatın qiyməti artırıldı. Dizel yanacağı və “Aİ-92” markalı benzinin qiyməti də qalxdı. Mərkəzi Bank özü də bildirib ki, bu qərarlar inflyasiyanı əlavə 1,5 faiz artıracaq. Yanacağın qiymətinin artması spiralvari ötürülür, tədricən təsirini göstərir.
Tarif Şurasının qiymət artımı ilə bağlı verdiyi qərarlar ölkədə inflyasiya səviyyəsinə təsir edən faktordur.
Hökumət növbəti ildən minimum əməkhaqqını, sosial ödənişləri, pensiyaları artırmağı hədəfləyir. Cari xərclər dövlət büdcəsində də proqnozlaşdırılıb. Bunun da inflyasiya effekti olacaq. Əməkhaqqı və pensiyalar artdıqca inflyasiya effekti artacaq.
Digər kommunal ödənişlərin artması məsələsi də gündəmə gələ bilər. Hökumət müəyyən fasilələrlə digər xidmətlərin də qiymətini artıra bilər. Bunlar inflyasiyaya təsir göstərən amillərdir”.
Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.