RU

Tanınmış həkim Hüseyn Abdullayevi istintaq təcridxanasında müayinə edəcək

Tanınmış həkim Hüseyn Abdullayevi istintaq təcridxanasında müayinə edəcək

Sabiq deputat Hüseyn Abdullayevin növbəti məhkəmə prosesi keçirilib."Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə onlayn keçirilən prosesdə sabiq deputatın vəkili Ceyhun Yusifov müdafiə etdiyi şəxsin səhhəti ilə əlaqədər olaraq Azərbaycan Tibb Universitetinin professoru Adil Qeybullanın müalicə məntəqəsinə dəvət edilməsi ilə bağlı vəsatət qaldırıb.O bildirib ki, H.Abdullayevin vəziyyəti ağırdır: "Müvəkkilim çəki itirib. Bundan öncəki prosesdə onun Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicəsinin davam etdirilməsi ilə bağlı təqdim etdiyimiz vəsatət təmin edilməyib. Lakin bizə bildiriblər ki, məhkəmə icazə versə, müəssisəyə müayinə üçün həkim gələ bilər. Bununla bağlı məhkəmənin icazəsi lazımdır”.Professor Adil Qeybullanın dəvət edilməsi vəsatətinə dövlət ittihamçısı etiraz etsə də, məhkəmə vəsatəti təmin edib.Prokuror ittiham aktını oxuyub.Təqsirləndirilən şəxs ittiham aktı ilə razılaşmayıb və özünü təqsirli hesab etməyib.Hakim Azər Tağıyev cinayət işi sübuta yetirildiyi halda, ona 7 ildən 12 ilədək həbs cəzası veriləcəyini nəzərə çatdırıb.Daha sonra H.Abdullayev istintaqa verdiyi ifadəni təsdiq edib.Qeyd edək ki, sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.

Избранный
64
17
afn.az

10Источники